Van Dammdan Nurmaqomedova: “Sənin üçün dua edəcəm”


[

h3]Hollivud ulduzu Jan-Klod Van Damm Abdulmanap Nurmaqomedovun ölümü ilə əlaqədar UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedova başsağlığı verib.[/h3]

BAKU.WS xəbər verir ki, tanınmış aktyor və idmançı bu barədə İnstaqram səhifəsində paylaşım edib.

Van Damm paylaşımı zamanı qeyd edib ki, şəxsən Abdulmanap Nurmaqomedovla görüşmək ona nəsib olmasa da, tanınmış simanın həyat yolunu heyranlıqla izləyib: "Sizin üçün dua edəcəyəm. Həbib Nurmaqomedov və onun ailəsinə başsağlığı verirəm”.

Qeyd edək ki, uzun müddət COVID-19-dan müalicə alan A.Nurmaqomedov iyulun 3-də Moskvadakı xəstəxanada vəfat edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu