Azərbaycanla danışıqları bu erməni məmur aparacaq


Qarabağla bağlı yaradılacaq üçtərəfli komissiyanın Ermənistandan olan üzvü məlum olub.



Bu posta baş nazirin müavini Mqer Qriqoryan təyin olunub.

2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən Rusiya ilə iqtisadi sahədə bütün danışıqlar, o cümlədən təbii qazın qiyməti barədə bütün razılşamlar onun vasitəsilə əldə olunub.

Rusiyanın üçtərəfli komissiyada təmsil olunacağı şəxs isə böyük ehtimalla baş nazirin müavini Aleksey Overçuk olacaq.

Üçtərəfli Rusiya, Ermənistan və Azərbaycan Komissiyası Qarabağa dəymiş zərəri, həmçinin, bölgənin iqtisadi kommunikasiyalarının açılmasına cavabdehlik daşıyacaq.//Modern.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu