Peyvənd olunan Oqtay Şirəliyev: "Vaksin kifayət qədər təhlükəsizdir"


"Ölkə rəhbərliyinin səyi nəticəsində Azərbaycan ən zəngin ölkələr siyahısına daxil olaraq vaksinasiyaya başlayıb".



"Report" xəbər verir ki, bunu bu gün koronavirus əleyhinə peyvənd olunan səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Onun sözlərinə görə, əksər ölkələrdə vaksinasiya ilin sonunda başlayacaq: "Amma Azərbaycan bütün şirkətlərlə əlaqələr qurub. Vaksin kifayət qədər təhlükəsizdir. Bu vaxta kimi heç bir fəsad aşkar edilməyib. Vətəndaşlarımızı vaksinasiyaya qoşulmağa dəvət edirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu