Lənkəranda döyülən ikinci yeniyetmə ilə bağlı ÇAĞIRIŞ – “Ağır durumdadır”


Lənkəranda döyülən ikinci yeniyetmənin taleyi ilə bağlı məsələ də aktullaşıb. Söhbət 15 yaşlı məktəblini öz evində döyən Lənkəran icra başçısının keçmiş müavini Rasilə Əliyevanın qızından gedir.



Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə aidiyyəti qurumlardan Rasilə Əliyevanın şiddət göstərdiyi öz qızının da nəzarətə götürülməsini tələb edib.

Bu barədə Bizim.Media-ya təşkilat rəhbəri məlumat verib.

O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çağırış edərək yeniyetmənin reablitasiyaya cəlb olunmasını tələb edib:

“Burada ikinci bir yeniyetmənin taleyindən də söhbət gedir. Məktəb direktoru da təsdiqlədi ki, Rasilə Əliyeva öz qızını daha betər döyüb. O qızın özü də hazırda çox ağır durumdadır. Artıq onda da psixoloji problemlər formalaşıb. Eyni zamanda özünün günah hissi formalaşır. Halbuki onun heç bir günahı yoxdur. Həmin yeniyetmə ilə bağlı qısa müddətdə reablitasiya işi aparılmalıdır. Hesab edirəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran şəhər icra hakimiyyəti qarşısında məsələ qaldırmalıdır. Bu işə komitə mütləq müdaxilə etməlidir və uşağa psixoloji dəstək göstərməliyik. Ana olsa belə uşağa göstərdiyi şiddətə görə cavab verməlidir”.

Xatırladaq ki, iyulun 14-də Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi həmin rayonun icra başçısının müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalıb. Hadisə yerində 4 saylı məktəbin direktoru Yeganə Əsgərova da olub.

Döyülmə faktı ilə bağlı Lənkəran şəhər prokurorluğunda cinayət işi açılıb. Sözügedən şəxslər vəzifələrindən uzaqlaşdırılıblar.

Qeyd edək ki, Rasilə Əliyeva həmin günü öz qızına da fiziki şiddət göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu