Azərbaycana sanksiyalar tətbiq ediləcək? - Açıqlama


“Avropa diplomatiyasının rəhbəri Jozep Borrellin qəbul etdiyi yekun sənəddə Aİ İrəvana tam siyasi dəstək ifadə edir və Bakını açıq şəkildə hədələyir ki, “Ermənistanın ərazi bütövlüyünün pozulması yolverilməzdir və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələr verəcək”. Göründüyü kimi, bu, Azərbaycana qarşı sanksiyaların qəbul edilməsinin mümkünlüyü deməkdir”.



Bu fikirləri AFN.az-a politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, Aİ rəhbərliyinin Bakıya qarşı qərəzli mövqeyi Avropanın vasitəçiliyi ilə hər hansı nəticənin əldə edilməsi imkanını qeyri-mümkün edir. Bundan başqa, “Avropa Sülh Fondu çərçivəsində Ermənistana qeyri-hərbi dəstək göstərməyin mümkünlüyünü araşdırmaq və Aİ­nin Ermənistanda müşahidəçi və patrulların sayını, o cümlədən həssas ərazilərdə missiyasını gücləndirmək” qərarı bölgədə hərbi-siyasi gərginliyin artmasına gətirib çıxarır:

“Bu vəziyyət nəinki Azərbaycanda, hətta Ermənistanda qeyri-regional oyunçuların hərbi-siyasi təsirinin artmasının qəbuledilməzliyini dəfələrlə dilə gətirən Rusiyada, İranda və hətta Türkiyədə də xoş qarşılanmır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu