Səfər Mehdiyev xaricdən gətirilən avtomobillərlə bağlı yeniliklərdən danışdı


Səfər Mehdiyev xaricdən gətirilən avtomobillərlə bağlı yeniliklərdən danışdı


"Biz yenilikləri tətbiq edərək, sadəcə olaraq işbazların qarışını almışıq".



AFN musavat.com-a istinadən xəbər verir ki, bu fikri DGK sədri Səfər Mehdiyev Azərbaycanda xarici ölkələrin dövlət nişanı ilə sürülən avtomobillərlə bağlı tətbiq edilən yeniliklərdən danışarkən deyib. O, bildirib ki, qanunvericilikdə bütün məsələlər açıq şəkildə yazılıb.

Sədr söyləyib ki, məqsədimiz qaçaqmalçılığın qarşısını almaqdır: "Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən xarici dövlətlərdə daimi qeydiyyatda olan bu mal mövqelərinə aid avtonəqliyyat vasitələri qeyri-rezidentlər tətərfindən müvəqqəti olaraq ölkə ərazisinə 90 gün müddətinə gətirilə bilər. Həmin müddətin Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə şəxsin ölkədə qalma müddətinə uyğun olaraq maksimum 1 ilə qədər uzadılması mümkündür. Yəni əcnəbilər tərəfindən gətirilən və xarici ölkədə qeydiyyatda olan nəqliyyat vasitəsi hər hansı təminat üsulu tətbiq edilmədən Azərbaycan Respublikasında 90 gün müddətində qala bilər. Avtomobili ölkə ərazisinə gətirən şəxs gömrük orqanına müraciət edərək qanunvericiliyə əsasən müvafiq təminat üsullarından istifadə etməklə bu müddəti uzada bilər. Bu halda isə qanunvericilikdə müəyyən edilən müddət 1 ilə qədərdir".

Sədr bildirib ki, müvafiq qurumlarla birlikdə araşdırma aparıblar və məlum olub ki, bu yolla ölkəyə gətirilən avtomobillərin çox müvafiq standartlara cavab vermir: "Qanunvericiliklə nəzərdə tutulan bu güzəştdən sui-istifadə hallarına yol verilərək, əsasən gömrük ödənişlərini ödəməmək, həmçinin avro 4 ekoloji standartlara cavab verməyən avtonəqliyyat vasitələrinin gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etmədən ölkə ərazisində idarə edilməsi, xüsusilə də qeyri-qanuni sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün istifadə olunur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu