Xaricdən Azərbaycana gətirilən vətəndaşların statistikası açıqlandı - RƏSMİ


Xaricdən Azərbaycana gətirilən vətəndaşların statistikası açıqlandı -


"İran-Azərbaycan quru sərhədi vasitəsilə 94 nəfər Azərbaycan vətəndaşının 5 may tarixinə ölkəmizə keçidi təmin olunmuşdur".

AFN xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, İstanbul-Bakı istiqaməti üzrə 7 may tarixində 2 ardıcıl çarter reysi həyata keçirilib: "Bu çərçivədə 212 vətəndaşın ölkəyə gətirilməsi təmin olunub. 8 mayda Daşkənd-Bakı istiqamətindən isə 50 nəfər ölkəyə gətirilib. 11 mayda Riqa-Bakı istiqaməti üzrə 52 nəfər Azərbaycan vətəndaşı Baltikyanı regionundan ölkəmizə qayıda bilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu