Şəkidəki qəzada sürücü və sərnişin ölüb


Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə fevralın 6-da saat 8 radələrində qeydə alınıb.

Aşağı Göynük kənd sakini E.Musayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini D.Mustafayev hadisə yerində ölüblər.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu