Kastamonu su basdı: Evlər və avtomobillər su altında qaldı


Kastamonun Cide rayonunda güclü yağış daşqına səbəb olub. Sel nəticəsində bəzi evlərin birinci mərtəbələrini su basıb, avtomobillər yollarda su altında qalıb.


Şəhərdə dünəndən bəri davam edən və təsirini artıran leysan səbəbiylə Memiş səmtindən keçən Memiş çayı və Kumluca rayonundan keçən İrmak çayı daşıb.

İki məhəllənin giriş və zirzəmi mərtəbələrində bir çox ev və iş yerləri su altında qalıb. Gölməçələr səbəbindən avtomobillər yollarda su altında qalıb.

Cide-Bartın şosesi də daşqın səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb. Sel suyunun dənizə sürüklədiyi camış tələf olub.

Cide Bələdiyyəsi və xilasedici qruplar evləri dolduran suyu boşaltmağa çalışır.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu