Seneqalda qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 14 nəfər ölüb


Seneqalın paytaxtı Dakar sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 14 nəfər həyatını itirib.


Hadisənin baş verdiyi Ouakam mahalının bələdiyyə sədrinin müavini Samba Kandji yerli mətbuata verdiyi açıqlamada qeyri-qanuni mühacirləri daşıyan balıqçı qayığının batması nəticəsində ən azı 14 nəfərin həyatını itirdiyini, axtarış-xilasetmə qruplarının işlərini davam etdirdiyini və ölənlərin sayının arta biləcəyini bildirib.

Seneqalda son vaxtlar dəniz yolu ilə Avropaya qeyri-qanuni immiqrasiya əhəmiyyətli dərəcədə artıb.

İspan qeyri-hökumət təşkilatı "Caminando Fronteras" (Gəzinti Sərhədləri) 23 və 27 iyun tarixlərində 60, 65 və 200 qeyri-qanuni miqrantı daşıyan 3 qayığın Atlantik okeanında yenidən Kafountin sahillərində yoxa çıxdığını açıqlayıb.

Seneqal Xarici İşlər Nazirliyi isə hadisəni təkzib edərək, 28 iyun-9 iyul tarixlərində Mərakeşin ərazi sularında 260 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlayıb.

Kanar adaları afrikalı immiqrantlar üçün Avropaya giriş qapısı hesab olunur.

Seneqalın sahil şəhərlərində toplanan qeyri-qanuni mühacirlər, xüsusilə də qitənin qərbindən və şimalından, müvəqqəti balıqçı qayıqları ilə adaya doğru yola düşürlər.

Əhalinin yarıdan çoxunun sahillərdə yaşadığı Seneqalda sənaye balıqçılığının inkişafı səbəbindən işsiz qalan gənclər qeyri-qanuni yollarla Avropaya keçmək üçün çarə axtarır.

Yerli volof dilində “Ya İspaniya, ya da ölüm” mənasını verən “Barça wala Barshak” ifadəsi ölkədə gənclər arasında artan qeyri-qanuni immiqrasiya problemini ümumiləşdirən aparıcı ifadələrdən biridir.

Dakar dənizindən Kanar adalarına çatmaq üçün açıq dənizdə orta hesabla 938 dəniz mili (1700 kilometr) məsafə qət etmək lazımdır.

Seneqal sahillərindən adalara çatmaq 4-7 gün çəkir. Açıq dənizdə başlayan bu səyahət tez-tez Mavritaniya sahillərində yüzlərlə insanı daşıyan müvəqqəti qayıqların batması ilə nəticələnir.

"Caminando Fronteras"a görə, 2023-cü ilin birinci yarısında təxminən 951 miqrant dənizdə həlak olub, onlardan 778-i Afrika sahillərindən Avropaya Kanar adalarına gedib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu