ABŞ-da uçan körpüdən çaya düşənlərdən 6-nın öldüyü təxmin edilir


ABŞ-ın Merilend ştatında yük gəmisinin vurması nəticəsində çökən Francis Scott Key körpüsündən çaya düşən 8 nəfərdən 2-si xilas edilərkən, 6 nəfərin öldüyü təxmin edilir.



Ölkə mətbuatında yer alan xəbərə görə, polis səlahiyyətliləri dünən yerli vaxtla saat 01.30 radələrində yük gəmisinin Francis Scott Key körpüsünün sütunlarından birinə çırpılması nəticəsində Patapsko çayına düşən 8 inşaat işçisindən 6-nın öldüyü təxmin edilir.

Sahil mühafizə bölməsindən Şennon Gilreath axşam saatlarında keçirdiyi mətbuat konfransında çay suyunun soyuqluğuna və qəzadan sonra keçən müddətə işarə edərək, “Bu nöqtədə bunların heç birini tapacağımızı düşünmürük" deyib.

Səlahiyyətlilər 6 işçinin axtarışlarının davam etdiriləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu