Latviya Rusiya və Belarus milli komandalarına qarşı oyunları qadağan edən qanun qəbul edib


Fevralın 1-də Latviya Seymi “İdman haqqında” qanuna edilən dəyişiklikləri yekun oxunuşda qəbul edib. Bu dəyişikliklərdə ölkə yığmalarının öz bayraqları altında və ya bitərəf formada yarışlarda iştirak etdikləri təqdirdə Rusiya və ya Belarus yığmalarına qarşı oynamasının qadağan edilməsi nəzərdə tutulur.



Bu barədə Delfi portalı məlumat yayıb.

Qanun həmçinin qeyd edir ki, Latviyaya Rusiya və ya Belarus milli komandalarının öz bayrağı altında və ya neytral statusda iştirak etdiyi komanda idman növləri üzrə (böyüklər, gənclər və yeniyetmələr) yığma komandaların yarışlarını təşkil etmək qadağandır.

Qanuna edilən dəyişikliklərin əsas məqsədi Latviyanın Ukrayna ilə həmrəyliyini vurğulamaq və Rusiyanın idman vasitəsilə hərbi cinayətlərini legitimləşdirmək cəhdlərinin əsaslı şəkildə qarşısını almaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu