Latviyanın keçid məntəqəsini bağlamaqla hədələməsi vəziyyəti daha da pisləşdirəcək - Belarus


Latviyanın Belarusla sərhəddə buraxılış məntəqəsinin mümkün bağlanması ilə bağlı bəyanatları sərnişin və yük daşımalarına mənfi təsir göstərəcək.


Bu barədə TASS-a Belarus Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski bildirib.

“Hazırda Latviyaya daxil olan ağır yük maşınları və minik avtomobilləri üçün ciddi növbələr yoxdur. Bununla belə, Latviya rəsmilərinin Belarusla sərhəddəki Silene keçid məntəqəsinin mümkün bağlanması ilə bağlı bəyanatları Latviya istiqamətinin keçid qabiliyyətinə mənfi təsir göstərəcək” - deyə Bıçkovski qeyd edib.

Latviyanın Dövlət Sərhəd Mühafizəsi Latviya-Belarus sərhədini qanunsuz keçmə cəhdlərinin sayının artması ilə əlaqədar Silene keçid məntəqəsinin bağlanması təşəbbüsü ilə çıxış edib. “Silene sərhəd-keçid məntəqəsinin keçid qabiliyyəti sutkada 200 ədəd yük və 300 ədəd sərnişin avtomobilidir. Əgər onun Latviya istiqamətində fəaliyyəti dayandırılsa, yalnız bir “Paternieki” keçid məntəqəsi qalacaq və onun yükü xeyli artaraq növbələrin yaranmasına səbəb olacaq”, – Bıçkovski bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu