Polşa Belarusla sərhəddəki sonuncu keçid məntəqəsini də bağlaya bilər


Polşa Belarusla sərhəddəki sonuncu əməliyyat-keçid məntəqəsini də bağlaya bilər.


AFN.az xəbər verir ki, bunu yerli mediaya açıqlamasında Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib. Pavel Yablonski bildirib ki, ölkə hakimiyyəti “təhlükəsizlik vəziyyəti tələb edərsə” Belarusla sərhəddəki sonuncu keçid məntəqəsini bağlayacaq.

Xatırlatmaq yerinə düşər ki, fevralın 10-da Polşa Belarusla sərhəddəki ən böyük keçid məntəqələrindən birini - "Bobrovniki - Berestovitsa"nı dövlət təhlükəsizliyi səbəbi ilə bağlayıb. İndi birbaşa Polşaya yalnız Brest vasitəsilə və ya Litvadan keçməklə dolama yol ilə getmək mümkündür, bu da öz növbəsində Belarusla sərhəddən nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti ilə bağlı əməkdaşlığı birtərəfli qaydada dayandırmaq deməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu