Belarus Litva sərhəd-keçid məntəqələrinin bağlanmasını qeyri-konstruktiv addım adlandırıb


Belarusun Dövlət Sərhəd Komitəsi (DSK) Litvanın iki sərhəd-keçid məntəqəsini bağlamasını qeyri-konstruktiv addım adlandırıb.


AFN.az xəbər verir ki, bu barədə DSK-nın mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

"Litva hökumətinin avqustun 18-dən Belarusla sərhəddə yerləşən Şumskas (Loşa) və Tvyaryaçius (Vidzı) avtomobil keçid məntəqələrini bağlamaq qərarı qonşularımızın növbəti qeyri- konstruktiv və qeyri-dost addımıdır", - deyə paylaşımda qeyd edilir.

Litva öz qərarını güman edilən təhlükəsizlik təhdidi ilə izah edib.

Belarus tərəfi belə bir rəsmi mövqenin məntəqələrin bağlanmasının əsl səbəblərinə uyğun olmadığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu