Litva Belarusla sərhəddə daha iki keçid məntəqəsini bağlamaq niyyətindədir


Litva hakimiyyəti əvvəllər bağlanan iki məntəqədən əlavə, Belarusla sərhəddə daha iki keçid məntəqəsi vasitəsilə nəqliyyatın hərəkətini dayandırmaq niyyətindədir.


AFN.az xəbər verir ki, təklifə Təhlükəsizlik Məsələləri üzrə Hökumətlərarası Komissiyada baxılıb.

"Komissiya Litvadan Belarusa tranzitin artması ilə bağlı risklərin azaldılması, Belarusun kəşfiyyat və xüsusi xidmət orqanlarının fəaliyyəti, habelə sanksiyaya məruz qalan malların və qaçaqmalların daşınmasına daha effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı məsul qurumların təkliflərini müzakirə edərək təsdiqləyib. Lavorişkes və Raiqardasdakı sərhəd-keçid məntəqələrinin bağlanması təklifləri qəbul edilib”, - deyə Litva Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Bu keçid məntəqələrindən birincisi vasitəsilə nəqliyyat Polotsk istiqamətində, ikincisi ilə Qrodno istiqamətində gedir. Keçidlər təkcə avtonəqliyyat vasitələrinə deyil, həm də velosipedçilərə və piyadalara da bağlıdır.

Təsdiqlənmiş təşəbbüslərlə yanaşı, Kəna dəmir yolu keçid məntəqəsindən keçən sərnişinlərin yola salınması və qatarlara minməsi ilə bağlı məhdudiyyətlərə dair təkliflərə baxılması təklif edilir. Sərhəddən keçən müntəzəm avtobusların sayını iki dəfə azaltmaq təklif olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu