Serj Aurier "Qalatasaray"da


"Qalatasaray" İngiltərənin "Nottingem Forest" komandasında çıxış edən Fil Dişi Sahili sağ cinah müdafiəçisi Serj Aurierlə anlaşıb. Sarı-qırmızılılar fil dişli futbolçunu təmənnasız olaraq heyətinə qatıb.



31 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 12, İngiltərə Liqa Kubokunda 1 oyun olmaqla ümumilikdə 13 rəsmi matçda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Fil Dişi Sahilinin futbolçusu daha əvvəl karyerasında Lens, Tuluza, Paris Saint-Germain, Tottenham və Villarreal klublarında çıxış edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu