"Qalatasaray" Alanyada 3 xalı 4 qolla qazandı


Türkiyə Superliqasının 32-ci həftəsində "Qalatasaray" səfərdə "Alanyaspor"un qonağı olub.



"Qalatasaray" ikinci hissədə vurduğu qollarla "Alanyaspor"u 4:0 hesabı ilə məğlub edib.

Sarı-qırmızılı komandanın qollarını 56 və 72-ci dəqiqədə Barış Alper Yılmaz, 61-ci dəqiqədə Hakim Ziyeç və 83-cü dəqiqədə Mauro İkardi vurub.

Bu nəticədən sonra "Qalatasaray" Superliqadakı qələbə seriyasını 13 matça, xalını isə 87-yə yüksəldib və liderliyini yenidən ələ keçirib.

"Qalatasaray" gələn həftə öz meydanında "Pendikspor"la qarşılaşacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu