Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq kubok yarışına yekun vurulub- FOTOLAR


Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq kubok yarışına yekun vurulub-


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilati dəstəyi, “Bella Pizza”, “Huawei”, “Komtel” və “Badamlı” şirkətlərinin sponsorluğu ilə may ayının 25-27-si tarixlərində Bakı, Şabran və Xaçmaz rayonlarında səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 5-ci Beynəlxalq Kubok yarışı keçirilib.



Səmti Müəyyənetmə İdman Federasiyasının mətbuat xidmətindən AFN-ə verilən məlumatda bildirilir ki, Azərbaycan, Ukrayna, Türkiyə, İran, Rusiya, Gürcüstan, Belçika, Norveç, Xorvatiya, İsrail, Moldova, Çin, Sloveniya və Yeni Zelandiyadan qatılmış 200-dən çox idmançı sprint, orta və uzun məsafə üzrə yarışda qələbə uğrunda mübarizəyə qoşulublar.

Dənizkənarı Bulvar – İçəri Şəhər ərazisində baş tutumuş sprint üzrə məsafədə M21E kateqoriyasında Sloveniyalı idmançı Jaka Piltaver qızıl medala sahib olub. Rusiyalı idmançı Maksim Simakov ikinci, Avstriyalı idmançı Mattias Mahr isə üçüncü olub. W21E kateqoriyasında isə Rusiyanın Omega Moskva klubunun idmançıları Zoya Tixinova və Uliyana Ribakova müvafiq olaraq 1-ci və 2-ci yerləri tutublar. Azərbaycanlı idmançı Sevda Verdiyeva isə üçüncü yer ilə kifayətlənib.

Sprint məsafəsi üzrə digər kateqoriyalarda:

M35

1. Robert Orehoci (CRO)

2. Gossens Dirk (BEL)

3. Alexander Medvedev (RUS)

W35

1. Rəna Abaszadə (AZE)

2. Maria Medvedeva (RUS)

3. Verbraken Linda (BEL)

M50

1. Ziv Noiman (İSR)

2. Bolşunova Gennadiy (RUS)

3. Aleksandr Pavlov (RUS)

W50

1. Nadejda Starostina (RUS)

2. Anat Noiman (ISR)

3. De Meyer Bitti (BEL)

Open M

1. Rəvan Nəsibov (AZE)

2. Süleyman Süleymanov (AZE)

3. Anar Əliyev (AZE)

Open W

1. Şəmsiyyə Ələkbərova (AZE)

2. Nigar Hüseynova (AZE)

3. Sabina Şaliyeva (AZE)

Junior

1. Eldar Qaravəliyev (AZE)

2. Tamerlan İmanov (AZE)

3. Əli Sultanov (AZE)

Şabran rayonunun Qalaaltı meşə zolağında təşkil edilmiş orta məsafə üzrə və Xaçmaz rayonunun Yalama qəsəbəsində keçirilmiş uzun məsafə üzrə yarışların cəmində M21E kateqoriyasında Maksim Simakov rəqiblərinə heç bir şans verməyərək qızıl medala sahib olub. Türkiyəli Emre Doğuş gümüş, İranlı Pərviz Xəncani isə bürünc medala sahiblənib. W21E kateqoriyasında isə Zoya Tixinova (RUS) ikinci dəfə qızıl medal əldə edib. Azərbaycan Milli komandasının idmançıları Sevda Verdiyeva və Nataşa Şiyanova isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Orta və uzun məsafələrin cəmi üzrə digər kateqoriyalarda:

M35

1. Andrey Ribakov (RUS)

2. Robert Orehoci (CRO)

3. Aleksandr Medvedev (RUS)

W35

1. Maria Medvedeva (RUS)

2. Verbraken Linda (BEL)

3. Safiehsadat Mousavian (IRI)

M50

1. Aleksandr Pavlov (RUS)

2. Bolşunova Gennadiy (RUS)

3. Aleksandr Malaxov (RUS)

W50

1. Olqa Pokitilo (RUS)

2. Nadejda Starostina (RUS)

3. Tatyana Bolşunova (RUS)

Open M

1. Azər Qasımov (AZE)

2. Qədir Şərifov (AZE)

3. Rəvan Nəsibov (AZE)

Open W

1. Nigar Hüseynova (AZE)

2. Anna Litvak (AZE)

3. Jalə Sultanova (AZE)

Junior M

1. Stanislav İvanov (AZE)

2. Yusif Quliyev (AZE)

3. Daniyar Şipilov (AZE)

Junior W

1. Uliyana Ribakova (RUS)

Komanda hesabına gəldikdə isə Azərbaycan Milli komandası rəqiblərini geridə qoyaraq yarışın kubokuna sahib olub. “Dağçılıq” və “Neftçi” İdman Klubları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Sonda qalib gələn idmançılara diplom və medallar təqdim olunub.

Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq kubok yarışına yekun vurulub-

Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq kubok yarışına yekun vurulub-

Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq kubok yarışına yekun vurulub-

Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq kubok yarışına yekun vurulub-

Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq kubok yarışına yekun vurulub-

Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq kubok yarışına yekun vurulub-

Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq kubok yarışına yekun vurulub-

Heydər Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq kubok yarışına yekun vurulub-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45