AFFA-nın daha bir yalanının ifşası

Xəbərin çap versiyası
Tarix: 14-09-2018, 16:19    |    Xəbər oxunub: 715 dəfə
AFFA-nın daha bir yalanının ifşası


"Yalançının evi yandı, heç kim inanmadı” – (Atalar sözü)



AFFA-nın baş katibi Elxan Məmmədov Kosovo ilə Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmadan sonra jurnalistlərin əhatəsinə düşmüşdü. Dəyərli həmkarlarımın baş katibə ünvanladığı suallar arasında stadionla bağlı olanı da var idi.

Millinin azarkeşlərdən gözlənilən dəstəyi almaması, tribunaların boş qalması hamımızı düşündürən məsələdi. BOS-un azarkeşlər tərəfindən sevilməməsi, belə nəhəng stadionunun günümüzün tələblərinə cavab verməməsi artıq isbata ehtiyac da duymur. "Kor kor, gör gör” məsəlində olduğu kimi. Xüsusiylə də adı elə də cəlbedici olmayan rəqiblərlə oyunları Respublika stadionunda keçirmək daha doğru addımdı. Belədə həm tribunalar dolar, həm də azarkeşlərin səsi futbolçularımıza daha tez çatar, onları ruhlandırar. AFFA isə bu reallığı qəbul etmək istəmir, geri addım atmır. İş o yerə gəlib çatıb ki, bunun üçün yalan danışmaqdan belə çəkinmirlər.

Cənab Məmmədovun həmin müsahibəsindən bir vacib məqama birlikdə diqqət yetirək:

- Malta və Farer adaları ilə ev oyununun yerini Tofiq Bəhramov adına Respublika Stadionuna dəyişmək mümkündürmü?
- Millətlər Liqasının qaydalarına əsasən, UEFA bir stadiona üstünlük verir. Biz də eyni stadionda oynayacağıq.

Baş katib topu UEFA tərəfə atıb və iddia edib ki, Millətlər Liqasının oyunlarını eyni stadionda keçirməklə bağlı futbol qurumunun tələbi var, buna görə də millimiz sona qədər BOS-da oynamalı, azarkeşlər dözməli, şəhərin mərkəzindəki Respublika stadionu boş qalmalıdı.

Deyir, uzağa getməyək, götürək elə Yaponiyanı. Yox, biz heç Yaponiyaya qədər də getməyəcəyik, qonşu Türkiyə və Rusiyaya baxacağıq. B liqasının 2-ci qrupunda Türkiyə və Rusiya ilə yanaşı İsveç millisi də yer alıb. Özümüzü dağa-daşa salmadan Türkiyə və Rusiyanın ev oyunlarını harda keçirəcəyinə baxmaqla Elxan Məmmədovun UEFA-nın qaydaları ilə bağlı dediklərinin həqiqət olub-olmadığını müəyyənləşdirə bilərik.

Türkiyə millisi ilk turda Rusiyanı Trabzon şəhərində, Şenol Günəşin adını daşıyan stadionda qəbul etdi. Növbəti oyun isə İsveçlə olacaq. Yenə Trabzondamı? Əlbəttə ki, yox. TFF bu dəfə Əskişəhərdə yaşayan azarkeşləri sevindirəcək, onlara millini görmək üçün şərait yaradacaq. Türkiyə - İsveç oyunu noyabrın 11-də Əskişəhərdəki stadionda keçiriləcək.

Elə ruslar da qrupun iki oyununu nəinki fərqli stadionlarda, hətta fərqli şəhərlərdə təşkil edir. Türkiyə ilə oyun Soçidə olacaq, İsveçi isə Kalininqrad şəhərində qəbul edəcəklər. Özü də bu qarşılaşmalar 3 gün arayla, oktyabrın 11-də və 14-də oynanacaq. Bizimkilər olsaydı, 3 günə şəhəri və stadionu dəyişməyə razı olardılarmı? Amma dünyanın hər yerində azarkeşə hörmət olunur, onların maraqları əsas götürülür.

Nə oldu, UEFA elə bizi zəif görüb, eyni stadionda oynamağı tələb edir? Sizi əmin edirəm, araşdırmanı davam etsək, belə misallar çox tapmaq olar.

Deməli, Elxan bəyin günahı UEFA-nın üzərinə atması, özündən qayda icad etməsi uydurma imiş. Düşünürmüş ki, bizi asanlıqla aldada biləcək. Bu dəfə də alınmadı, əziz baş katib. Yalan danışmağa nə gərək var? Bir dəfəlik deyin ki, özümüz istəmirik.

Amal Abuşov, Qaynarinfo.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Sevda anasını evində xidmətçi kimi saxlayır”-

“Sevda anasını evində xidmətçi kimi saxlayır”- ögey atası

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Tovuzun sərhəd kəndləri işıqsız qalıb-

Tovuzun sərhəd kəndləri işıqsız qalıb- 5 gündür

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur