Rusiya buğda ixracına vergini 2 dəfə artırır


Martın 1-dən iyunun 30-na qədər Rusiyadan ixrac olunan buğdanın hər tonu üçün vergi 50 avro olacaq.


“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı hökumət qərar qəbul edib.

Məlumata görə, bu, indiki vergi ilə müqayisədə 2 dəfə çoxdur.

Rusiyanın İqtisadiyyat nazirinin müavini Vladimir İliçyov bildirib ki, bazarda vəziyyəti izləməyə davam edəcəklər və lazım olsa verginin məbləğinə düzəliş edilməsi mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu