Rövşən Nəcəf: Qaz layihələrinin genişləndirilməsi ilə bağlı danışıqlar aparılır


Azərbaycanın kifayət qədər qaz resursları var. Boru kəmərinin isə bu tələbi qarşılamaq üçün kifayət qədər gücü yoxdur.


Bunu SOCAR-ın Birinci Vitse-Prezidenti, SOCAR prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf deyib. O bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir. Hazırda qaz layihələrinin genişləndirilməsi ilə bağlı danışıqlar gedir:
"Maliyyə qoyuluşları ilə bağlı danışıqlar aparılır, lakin Avropa İttifaqı ölkələrində bununla bağlı müzakirə aparmaq asan deyil. Midsteam, boru kəmər layihələrinə maliyyə mənbələri cəlb olunmalı, istehsal üçün infrastruktur olmalıdır. Qarşıda duran əsas məsələ Avropadan olan maliyyə qurumlarınln Cənub Qaz Dəhlizini dəstəkləməsidir. Boru kəməri LNG-dən önəmlidir. Çünki bunun istiqamərini dəyişə bilmirsiniz".

R. Nəcəf həmçinin əlavə edib ki, Xəzər dənizinin potensialı üzərində iş aparılır: "Biz bərpa olunan enerji səyahətinə başlamışıq. Bu o deməkdir ki, artıq barel və kubmetrdən deyil meqavat enerjidən danışacağıq. Burada ətraf mühitlə bağlı tələblər də nəzərə alınmalıdır.

"Biz daha çox rəqəmsal şirkət olmağa çalışırıq. Bunun önəmli tərəflərindən biri karbon emissiyasının azaldılmasıdır. Ümid varıq ki, ilin sonuna kimi bərpa olunan emerji ilə bağlı elanlar veriləcək. Belə bir neçə layihələrdən biri günəş enerjisi ilə bağlı layihədir və hazırda BP tərəfindən həyata keçirilir",- deyə SOCAR rəhbəri bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu