Ceyhun Aşurov tələbələrə "Niyə turizm?" mövzusunda seminar keçirib - FOTOLAR


Smart Hotel's Group şirkətinin rəhbəri, Skal International Baku klubunun prezidenti, turizm eksperti Ceyhun Aşurovun Odlar Yurdu universitetinin turizm ixtisasında oxuyan 2-ci və 3-cü kurs tələbələri ilə "Niyə turizm?" mövzusunda seminar və görüşü baş tutub.


AFN.az xəbər verir ki, seminar boyunca turizmin dünyadakı bugünki vəziyyəti, Azərbaycandakı turizmin vəziyəti və gələcək imkanları və bununla bağlı sənayenin üzərinə düşən öhdəliklərdən danışılıb. Həmçinin, turizmin pandemiyadan sonrakı dövrü ilə bağlı tələbələr ilə müzakirələr aparılıb. Təhsilin və turizm sənayesinin birgə uğurlu əməkdaşlıq planları və ixtisaslı kadrların hazırlanmasının vacibliyi Ceyhun bəy tərəfindən birdaha xüsusilə vurğulanıb.

Ceyhun Aşurov öz bilik və təcrübələrinə dayanaraq tələbələrə uğurlu karyera qurmaq üçün nələrə hazır olmaq lazım olduğunu bölüşdü. Sənayenin istəkləri, tələbatları nələrdir? Onları necə təmin etmək olar? tipli suallar dövrün gənclərinin özlərini maksimum inkişaf etdirməsindən, dil biliklərini və dünya görüşünü artırmasından, praktiki təcrübələrini peşəkar səviyyədə idarəetməsindən asılıdır. Hər bir dövlətin əsl sərvəti, o dövləti və milləti dünyanın hər yerində layiqincə təmsil edə biləcək peşəkar kadrlardır. Tələbələrə bu kimi seminar tipli görüşlərin tez-tez keçirilməsinin əhəmiyyəti gələcəkdə tələbələrin öz karyeralarını düzgün istiqamətdə qurmasına dəstək olacaqdır.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu