Tesla təxminən 2,2 milyon avtomobilini geri çağıracaq


ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) elektrikli avtomobil şirkəti Teslanın xəbərdarlıq işıqlarında səhv şrift ölçüsünə görə ABŞ-da təxminən 2,2 milyon avtomobili geri çağıracağını açıqlayıb.



Geri çağırılacaq avtomobillər arasında Model S, Model X, 2017-2023 Model 3, Model Y və 2024 Cybertruck var.

NHTSA dekabrın 22-də Teslanın qəza zamanı qapı qıfıllarının açılma riski səbəbindən ABŞ-da 120 423 avtomobilini geri çağırdığını açıqlamışdı.

Dekabrın 13-də Tesla-nın 2012-2023 Model S, 2016-2023 Modellərindən təxminən 2 milyonunu da geri çağırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu