Yeni nazirdən açıqlama: “Konkret hədəflərimiz var”


Yeni nazirdən açıqlama:


"Çalışacağıq ki, bizə göstərilən etimadı gələcəkdə də doğruldaq"

Bunu yeni energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.

"Qarşımızda konkret hədəflər var. Azərbaycanda uzun illərdir ki, islahatlar aparılır. Bu islahatların nəticələri çox mötəbər təşkilatların hesabatlarda öz əksini tapır. Energetika sahəsində də bir çox çağırışlar var. Bu çağırışlara cavab vermək üçün hər zaman dəyişikliyə ehtiyac var. Əgər bu yolda dəyişiliyə, islahata ehtiyac olsa, biz buna gedəcəyik"- nazir deyib.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan öz öhdəliklərinə çox ciddi yanaşır, OPEC qarşısında götürdüyü öhdəliyi yerinə yetirir: "Noyabrda nazirlər səviyyəsində iclas olacaq. Əgər biz də dəvət edilsək və rəhbərlikdən razılıq alsaq, iştirak edəcəyik".

P.Şahbazov qeyd edib ki, Azərbaycan neft qiymətlərinin stabil olmasında maraqlıdır. O, həmçinin yol xəritələri ilə bağlı danışarkən deyib ki, bu xəritələrin reallaşmasında nazirliyin qarşısında bir sıra öhdəliklər qoyulub: "Kommunal xidmət sahəsində nazirlik qarşısında cəmi 20 tədbirin keçiriməsi öhdəlik kimi qoyulub. Bu il üçün 8 tədbirin görülməsi nəzərdə tutulub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu