2020-ci il üçün yaşayış minimumunun məbləği müəyyənləşdi




Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb.



Trend-in məlumatına görə, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq olunub.

Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu