Niderlandda ölkə tarixində ən böyük narkotik ələ keçirilib


Niderland gömrüyü krallıq tarixində ən böyük narkotik müsadirəsini açıqlayıb.


"Euronews" xəbər verir ki, banan olan konteynerdə kokain aşkar edilib.

Niderland gömrüyü Rotterdam limanında səkkiz tondan çox kokain aşkar edib. Bu, iyulun 13-də baş verib, lakin bu xəbər yalnız indi açıqlanıb.

Dövlət Prokurorluğundan verilən məlumata görə, bu, krallıq tarixində ən böyük narkotik müsadirəsidir.

Tapılan kokainin qiyməti 600 milyon avro qiymətləndirilir. Yük Ekvadordan Panama vasitəsilə Rotterdama çatıb.

Son illərdə Ekvador Avropa və ABŞ-a əsas kokain ixracatçılarından birinə çevrilib. Bu payızda Niderland gömrüyü mümkün gömrük razılaşmasını müzakirə etmək üçün Ekvadora nümayəndə heyəti göndərəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu