Bakıda 15 min manatlıq intenet kabeli oğurlanıb


Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 15 000 manat dəyərində optik internet kabeli və 2 ədəd barabanın oğurlanması barədə polisə məlumat daxil olub.


Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ordubad rayon sakini R.Vəliquliyev və Bakı şəhər sakini V.Şərifov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu