İsveçdə keçmiş suriyalı general hərbi cinayətlərə görə mühakimə olunur


İsveçdə keçmiş suriyalı general Mohammed Hamo ölkəsindəki vətəndaş müharibəsində törədilən cinayətlərdə iştirak etdiyinə görə mühakimə olunur.



İsveç mətbuatında çıxan xəbərlərə görə, paytaxt Stokholmda Rayon Məhkəməsində baxılan işdə 65 yaşlı keçmiş general 2012-ci ilin yanvar-iyul ayları arasında Suriya vətəndaş müharibəsində briqada generalı olduğu müddətdə ayrı-seçkilik, ehtiyatlılıq və mütənasiblik prinsiplərini pozan sistemli hücumlarla bağlı əməliyyatlarda iştirak etməkdə ittiham olunur.

Günahı sübuta yetirilərsə, Hamonu ömürlük həbs gözləyir. Bu da İsveç qanunlarına görə 20 ildən 25 ilə qədərdir.

Prokuror Karolina Vislander məhkəmədə Suriya ordusuna məsləhət və hərəkət yolu ilə müharibəyə töhfə verən Hamonun strateji qərarlar qəbul etmək və hərbi əməliyyatlar aparmaq baxımından kritik mövqedə olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu