Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub


Konstantinov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Vitaliy Konstantinovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Konstantinov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, V.Konstantinov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, V.Konstantinov əvvəllər də bir neçə dəfə həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu