Fikrət Qocanın oğlunun qətlində ittiham olunanlara prokuror cəza istədi: 26 il


Fikrət Qocanın oğlunun qətlində ittiham olunanlara prokuror cəza istədi:


Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunu qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib.



Prosesdə dövlət ittihamçısı E.Nəhmədovun 19 il, R.Məmmədovun 4 il, P.Hüseynovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi noyabrın 20-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi bu il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında baş verib. Bakı şəhər sakini, 54 yaşlı Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Təqsirləndirilən şəxslərdən - Pərviz Hüseynov və Ruslan Məmmədova Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), Elnur Nəhmədova isə 120.2.2-ci (xuluqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, qətlə yetirilən Y.Qocayev xalq şairi Fikrət Qocanın oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45