Sabirabadda 81 yaşlı kişi 44 yaşlı həyat yoldaşını niyə öldürüb? -


Sabirabadda 81 yaşlı kişi 44 yaşlı həyat yoldaşını niyə öldürüb? -


Sabirabadda 81 yaşlı kişinin 44 yaşlı həyat yoldaşını qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.



Qəzli kənd sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, cütlük 6-8 il bundan öncə evlənib: "Bu Yaqub Eyyubovun ikinci evliliyidir. Birinci ailəsindən böyük uşaqları var. İlk həyat yoldaşı vəfat edib. Ondan bir az sonra Yaqub kişi evlənməyə qərar verib. Uşaqları da buna qarşı çıxmayıb, evlənməsinə razı olub. Yaqub kişi Mətanəti rayonun qonşu kəndlərinin birində görüb. Özündən 44 yaş balaca idi. Bir dəfə evli olub, ayrılıbmış. Evləniblər, Mətanəti evinə gətirən Yaqub kişi uşaqlarından ayrı həyətdə balaca bir ev tikib, elə oradaca yaşayıblar. Yaşla əlaqədar Yaqub Eyyubovun səhhətində müəyyən psixoioji problemlər yaranırdı. Ara-sıra Mətanətlə aralarında mübahisə düşürdü".

Kənd sakinləri deyir ki, bu cütlüyün mübahisəsi zamanla hüquq-mühafizə orqanlarına kimi gedib çıxıb:

"Deyilənə görə aralarında mübahisə yarananda Yaqub Eyyubov Mətanətdən şikayət edib. Hətta məlumata görə, qadın da şikayət edib. Aralarında böyük yaş fərqi var idi. Heç bilmirik hadisəyə necə yanaşaq. Son səhhətində ciddi problemlər var idi, gələnə də söz atırdı, gedənə də, hətta nəvəsi yaşda olanlara da söz atırmış".

Qeyd edək ki, Sabirabadda qətl hadisəsi baş verib. Sentyabrın 4-də saat 15 radələrində Sabirabad rayonu, Qəzli kəndi ərazisində 1939-cu il təvəllüdlü Yaqub Eyyubovun qısqanclıq zəminində 1976-cı il təvəllüdlü Mətanət Nuriyevanı bıçaqlayaraq öldürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu