Kobud çəkməçi zərif xanıma nə dedi?

Xəbərin çap versiyası
Tarix: 1-12-2017, 17:58    |    Xəbər oxunub: 714 dəfə
Kobud çəkməçi zərif xanıma nə dedi?



Nuridə ALLAHYAROVA



Çantamın tutacağı qırıldı. Ən yaxın ayaqqabçıya ümidim qaldı ki, heç olmasa axşama qədər görüşlərimi yola verim. Zirzəmiyə endim. Ala qaranlıq, hər tərəfdə qara primus hisinə oxşar ləkələri olan, ayaqqabılar ora bura səpilmiş, qədim dəzgahları olan bir yer idi. Taxdığı önlüyü ləkələrdən qəribə rəngə çalan təxminən 55-60 yaşlarında ayaqqabıçı başını heç qaldırmadan kobudca "nə lazımdır" dedi.

Təbii yüksək xidmət gözləməyi nə vaxtı, nə də yeri deyildi. "Çantamın tutacaq yeri qırılıb, tikə bilərsiniz?" deyə soruşdum. Razılıq bildirən hər hansı jest belə etmədən əlimdən çantanı aldı və "içindən pul kisəni çıxart və ver" dedi, eyni laqeyd və kobud tonla. Kişi əməllicə "xanım, bəli, buyur, başqa arzunuz" deyilən cici cəmiyyətdə öyrəşmədiyim laqeydliyi və kobudluğu ilə əsəblərimə toxunmuşdu. Amma çarəm yox idi. Sakitcə yanındakı üstü qapqara ləkəli, mütəkkəli kresloda oturdum. 5 dəqiq nəsə etdikdən sonra sükutu pozdu. Dedi keyfiyyətsizliyin də bir tərbiyəsi olar. Güldüm, qayıtdım ki, keyfiyyətsiz deyil, klatç tipində olduğu üçün gərək bu qədər yükləməzdim. İlk dəfə üzümə baxdı. Dedi "sən bu malı alanda mağazada istehsalçının təlimatı sənə xatırladılmalıdır ki, bu çantanın tutumu nə qədərdir. Xatırladılmayıbsa deməli tərbiyəsizdir". İkimiz də güldük. O, daha sakit, mən sanki qorxusu yavaş-yavaş azalan biri kimi.
Sonra başladı: "O vaxtlar İrkutska getmişdim, Vesna maqnitafonları vardı, sən bilməzsən qardaşıma hədiyyə alıb gətirmişdim, sevincinin həddi hüdudu yox idi. Kəndə hind filmləri festivalla gələrdi. Və kənd həmin ay kinotetar növbələrində olub, gah olardı Rac, gah olardı Şaka, gah da Ratxa. Bir fotoqrafı vardı kəndin, onun yanına şəkil çəkdirməyə gələndə geyindiyimiz kimi heç toya bəzənməzdik, birinin həyətində toy oldumu o gün 4 gün 4 gecə hamımız o qonşunun məhləsində işləyərdik, sanki borcumuzmuş kimi təmənnasız və heç nə ummadan. Biz paxlavanı, qoğalı, iydəni, innabı Novruzda yeyərdik, amma nə yeyərdik. Gözümüzə təpib xoşbəxt olardıq. Bizim çöllük bir şalvar-pencəyimiz, toyluq da bir kostyumumuz olardı, hər toyda o kostyumu ən təzə model bir paltar kimi geyinərdik, kənddə bağların kənarından sallanan armuddan, heyvadan yeyib, kollardan böyürtkən dənləyib doyardıq, evə bir də axşam gedərdik. Ən dadlı yeməyimiz təndir əppək arası pendir göyərti olardı, bayramlarda da bozbaş. Pəhh toylarda əlimizdə qab, qazan dibində aşın üstündən bir qab yerindəcə yeyib sevinərdik. Yayda meyvə yeyərdik, qışda qurusunu. Xəstələnməzdik. Qarda soyuqdan, yayda istidən şikayət etməzdik. Başını ağrıtmıram ki?"
Mən ilk dəfə idi ki, dəxlisi olmayan bir adamı bu qədər sözünü kəsmədən sonacan birnəfəsə dinləmişdim. Taksi sürücüsünün ikinci cümləsinə əsəbləşən mən, bu kobud, üstü his-pas içində olan adamın sözünü bir dəfə də kəsməmişdim bu 40-45 dəqiqədə. Əli ilə tikirdi çantamı. Başını qaldırmadan danışırdı, aram-aram. Sonda "bu da çantan, yordum səni, adam arada danışmamaqdan dəli olur, gün ərzində səhər oyan, hər gün gəl bu zirzəmiyə gir, get evə, çörəyini ye, yuxu tutsun yat. Arvada da nə danışım axı, özü görüb də o vaxtları, sən görməmisən deyə danışdım... O telefonu əlində saxlama şüadır, incidər səni".
Cəmi 1 AZN istədi zəhmət haqqı. Razıydım 50 AZN də üstündə verim təki danışsın. Bu neçə vaxtda ən "level" adamlardan belə almadığım ünsiyyət zövqünü yaşatmışdı mənə bu kobud adam. Çıxanda, "çəkmələrin su keçirəndir, qışda geyinmə, soyuqlayarsan. Bakının havası da elə bil o illərdə qaldı, xəstələndirir"-dedi.
Çıxdım, düz bir saat gəzdim. Dincəlmişdim, üstü-başı çirk içində olan, zirzəmidə işləyən kobud bir çəkməçi bu gün bütün uşaqlığımı gözümün önünə sərmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakıda “Texnologiyalar və İnnovasiyalar:İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıda “Texnologiyalar və İnnovasiyalar:İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıya 20 ədəd avtobus gətirilib-

Bakıya 20 ədəd avtobus gətirilib- FOTOLAR

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü-

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü- FOTOLAR

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir-

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir- FOTOLAR

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

"Bakcell"ə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb- FOTOLAR

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur