Yağışın rənglərini duyan xanım...

Xəbərin çap versiyası
Tarix: 1-07-2019, 12:15    |    Xəbər oxunub: 544 dəfə
Yağışın rənglərini duyan xanım...


Dünyada yaşayan milyardlarla insandan biridir. Bəlkə də oxşar həyat tərzi olan milyonlarla bənzəri də vardır. Amma yazarların arasında özünəməxsus dəsti-xətti, bədii yaradıcılğı ilə fərqlənməyi bacaran tək-tək qələm adamlarındandır.
Qapalı xanımdır, yalqız qalmağı xoşlayır. Xəyallarında özünə bir aləm də qurub. Kövrək duyğuların baş qaldırıb poeziyaya çevrildiyi bu aləmdə insanları heyrətləndirən çox şeirlər doğulub. İndiyədək həmin şeirlərə neçə-neçə mahnılar bəstələnib, sözləri dillər əzbəridir...



Sevənləri yetərincədir. Üz-üzə gələndə xoş kəlmələr deyənləri də az olmayıb. “Görəndə sevindiyim adam”, “Varlığı ilə dünyanı maraqlı edən insan” kimi ifadələr yadında qalanlarıdır. Sadə, təvazökar, mehriban insandır. Təkəbbür hissi ruhuna yaddır. Adamlara xoş söz söyləməyə, onları sevindirməyə tələsir…

Deyir ki,- “Tanrı məndən heç nəyi əsirgəməyib: Qüsursuz görkəm, sağlamlıq, savad, istedad. Ziayalı ailədə dünyaya gəlmişəm. Günlərim xoş keçib. Amma nədənsə mübariz olmamaqda özümü suçlayıram. Bəzən özümə sual verirəm ki, niyə ədəbiyyatçı yox, fizik oldum. Axı valideynlərimin tövsiyəsi ilə bu ixtisasa yiyələnsəm də, sonradan ikinci ali təhsil alıb, ədəbiyyatçı ola bilərdim. Bəlkə də indi yaxşı bir yazıçı idim, yəqin ki, xeyli əsərlərim də var idi”…

Ədəbiyyatı çox sevir. Hələ də bu ixtisasa yiyələnmədiyindən təəssüflənir. Etiraf edir ki, ədəbiyyatçı olmadığından xoşbəxtliyi yarımçıqdır. “İnsanın sevdiyi ixtisasa yiyələnməsi və həmin ixtisas üzrə çalışması onun xoşbəxtliyidir”- söyləyir…

Yeniyetmə yaşlarından şeir yazır. Uzun illər mətbuatda çap olunsa da “Yağış yağır bu şəhərə” ilk şeirlər kitabı 1999-cu ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. Yaratdığı poeziya nümunələri oxucuların zövqünü oxşadıqca, onu insanlara sevdirə bilib. Bu nümunələr, bəstəkarların da diqqətindən yan keçməyib. İİstedadlı bəstəkarımız Aygün Səmədzadə onun bir sıra şeirlərinə mahnılar bəstələyib. Və həmin mahnılar ona məşhurluq gətirib, ölkədə tanınan şairlərdəndir. Bəli, sözlərinə bəstələnmiş “Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, ”Bakı haqqında nağıl”, ”Yada salma özünü” kimi mahnılar bu gün dillər əzbəridir…

Deyir ki,- “Payızın vurğunuyam. Bu fəsildə yarpaqlar rəngbərəng olur. Onlara tamaşa etməkdən yorulmuram. Yağış da həmçinin, çox sevdiyim təbiət hadisələrindəndir. Əslində yağış mənə bir rahatlıq gətirir. Yağış yağarkən dincəlirəm, yağışlı havada təbiət qoynunda gəzmək xoşuma gəlir. Mənim aləmimdə yağışın da öz rəngləri vardır. Baxanda şəffaf görünsə də, mən yağışı rəngləri ilə duyuram”…

Haqqında söhbət açdığım Kamalə Abiyeva Astara şəhərində müəllim ailəsində dünyaya gəlib. Uşaq olarkən ailəsi Bakıya köçüb. Orta təhsilini 52 nömrəli məktəbdə başa vurub. Sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində ali təhsilə yiyələnib. 1980- ci ildən Bakının Yasamal rayonundakı 31 nömrəli tam orta məktəbdə müəllim işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. Pedaqoji fəaliyyətiylə yanaşı bədii yaradıcılıqla da məşğul olur. Beşdən çox kitabın müəllifidir…

Bəli, musiqi sərhəd tanımır. Ecazkar Azərbaycan musiqisinin qanadlarında Amerikaya gəlib çatan mahnılarımız arasında onun da sözlərinə bəstələnənləri az deyil. Daha doğrusu, burada yaşayan yüz minlərlə soydaşımızın böyük əksəriyyəti bu mahnıları sevə-sevə dinləyir.
Yeri gəlmişkən, on iki gündən sonra, iyulun 13-də yaradıcılığı ilə ürəklərdə yuva qurmuş Kəmalə xanımın doğum günüdür. Onu Amerika Birləşmiş Ştatlarından salamlayır, Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur