Qənirə Paşayeva Xalq artisti Zamiq Əliyev ilə görüşdü - FOTO


Qənirə Paşayeva Xalq artisti Zamiq Əliyev ilə görüşdü -



Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dəyərli tarzənimiz, Azərbaycan Respublikasının Xalq artisti Zamiq Əliyev ilə görüşüb. Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından musiqi sənətimizin inkişafında əvəzsiz xidmətləri olan Zamiq müəllimi doğum günü və yubileyi münasibəti ilə təbrik edib. Eyni zamanda geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva dəyərli xalq artistimiz Zamiq müəllimə bundan sonrakı yaradıcılığında da uğurlar diləyib. Azərbaycan Respublikasının Xalq artisti, dəyərli tarzən Zamiq Əliyevə təbrik məktubunda qeyd olunur:

“Azərbaycan Respublikasının Xalq artisti Zamiq Əliyevə Hörmətli Zamiq müəllim!

Siz Azərbaycan milli musiqi sənətinin inkişafında əvəzsiz xidmətləri olan dəyərli sənətkarımızsınız. Sizin milli alətimiz olan tarın ifaçılıq sirlərinin gənc nəslə ötürülməsində, onların tarzən kimi yetişməsində böyük əməyiniz vardır.

Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və mədəniyyətimizin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik.”

Hörmətlə, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

Qənirə Paşayeva Xalq artisti Zamiq Əliyev ilə görüşdü -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu