Data jurnalistikası və onun əhəmiyyəti




Data jurnalistikası nə qədər yeni fenomendir? Ənənəvi Azərbaycan xalçalarının ornamentlərini məlumatların vizuallaşdırılmasının erkən nümunəsi saya bilərikmi?



Əkinçinin qonağı, informasiya texnologiyaları və yeni media eksperti Emin Hüseynzadə son illərdə dünyada data jurnalistikasının niyə bu qədər populyarlaşması haqda söhbət açır.

Eminin sözlərinə görə bu gün məlumatların çoxalması təbiidir, çünki insanların sayı artır və onların istifadə etdikləri avadanlıqların da sayı artır. Hər şeyin rəqəmsallaşdığı dünyada bu gün insanın hətta düşüncələrini də rəqəmsallaşdırıb məlumat bazasına daxil etmək olar. Data jurnalistikasının vəzifəsi də bu məlumatları sadələşdirib başa düşülən formada insanlara təqdim etməkdir.

Azərbaycanda data jurnalistikasının problemlərini sadalayan Emin bunların arasında açıq məlumat bazalarının olmamasını qeyd edir. Həmçinin Azərbaycanda jurnalistika hələ də humanitar sahə kimi qəbul edilir. Data jurnalistikasının inkişaf etməsi üçün jurnalistlərə ilk təhsil günlərindən rəqəmlərlə işləməyi öyrətmək, analitik bacarıqlar aşılamaq lazımdır. Eyni zamanda data jurnalistikası ilə məşğul olan peşəkarların icması formalaşmalıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu