Türkiyə Qarabağda “ağıllı şəhər”lər qurmağa dəstək verəcək - Fuad Oktay


İşğalçı Ermənistandan azad edilən bölgələrin dirçəldilməsi və bərpasına yönəlmiş çalışmalar əsas hədəfimizdir”.



Bunu Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra keçirilən brifinqdə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtədə işğal illərinin izlərinin silinməsi, yoxsulluğun aradan qaldırılması və bölgənin tarixindəki əzəmətli illərinə geri qayıtmasını əsl vəzifələri olaraq görürlər:

"Ətraf Mühit və Şəhərsalma Nazirliyimiz işğaldan azad olunan bölgələrin "ağıllı şəhər” modeli ilə çağımızın şərtlərinə uyğun bir infrastruktura qovuşması üçün, Enerji və Təbii Qaynaqlar Nazirliyimiz isə zərər görən təməlin, nəqliyyat və enerji xətlərinin yenilənməsi, "yaşıl enerji” konsepsiyasının bölgədə həyata keçirilməsi üçün azərbaycanlı qardaşlarımıza bütün dəstəyi verəcəklər.

Bundan başqa, Əkinçilik və Meşə Nazirliyi azad olunmuş torpaqların yenidən əkinə əlverişli hala gətirilməsi üçün lazımi dəstəyi təmin edəcək.

Bölgədə zərər görən mədəniyyət abidələrinin restavrasiyası üçün TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) üzərinə düşəni edəcək. Qarabağın azad olunmasına necə dəstək olduqsa, bölgəyə yenidən həyatın qaytarılmasına da eyni şəkildə dəstək olacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu