Almaniyalı politoloq Cenevrə görüşü haqqında: “Cəbhədə vəziyyət gərginləşə bilər”


Almaniyalı politoloq Cenevrə görüşü haqqında:


“Gündəliyi olmayan siyasi danışıqlar iflasa məhkumdur”.



Bu barədə 168.am xəbər portalına almaniyalı siyasi şərhçi Aleksandr Rar Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən bildirib.

Aleksandr Rarın müşahidələrinə görə, hələ ki yayılan məlumatlar əsasında görüşün ciddi şəkildə faydalı olmadığını ehtimal etmək olar: “Çünki görüşdən əvvəl Azərbaycan prezidenti başqa, Ermənistan prezidenti isə bir başqa gündəlikdə olan məsələdən danışırdı. Bu ciddi fikir ayrılığı səbəbindən görüşün gündəliyinin Minsk Qrupu həmsədrləri tərəfindən razılaşdırılmadığından xəbər verirdi. Bu, danışıqlar prosesində uzun müddətli fasilə olmasın deyə sadəcə görüş idi. Bunun nəticəsində cəbhə xəttində vəziyyət kəskin gərginləşə bilər, biz bunun dəfələrlə şahidi olmuşuq. ATƏT Minsk Qrupunun bəyanatında deyilirdi ki, görüşün nəticəsi sərhəddə vəziyyətin mülayimləşməsidir. Razıyam, görüş imkan verməyəcək ki, vəziyyət gərginləşsin. Ancaq bu müvəqqəti nəticə olacaq”- deyə almanı siyasətçi əminliklə bildirib.

Onun sözlərinə görə, həmsədrlər bəzi məsələləri razılaşdırmaq istiqamətində növbəti görüşü təşkil etməlidir: “Bu məsələlər münaqişənin mürəkkəb həllinə yox, elə görüşün gündəliyinə də aid ola bilər. Ona görə ki, bu gün həmsədrlər münaqişənin tənzimlənməsi haqqında heç nə danışmırlar və ya münaqişənin həllini həddindən artıq mürəkkəb görürlər”.

Alman siyasətçinin sözlərinə görə, Vyana və Sankt Peterburq razılaşmaları müzakirə masasına qayıda bilər: “Qeyd edim ki, gündəliksiz siyasi danışıqlar gec və ya tez dayanacaq və biz məcbur olacağıq ki, təmas xəttində vəziyyətin gərginləşdiyinə dair məlumatları şərh edək. Həmsədrlərin əsas vəzifəsi, danışıqların dəqiq gündəliyi formalaşdırmasıdır”- deyə Rar qeyd edib. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



20:43
19:48
19:38
19:25
18:27
18:06
17:30
17:19
17:07
16:53
16:13
15:55
15:42
15:33
14:25
14:13
14:02
13:54
13:45
13:32
13:25
13:18
13:09
13:00
12:53
12:44
12:32
12:16
12:07
11:58
11:50
11:41
11:30
11:25
11:11
11:00
23:28
19:34
19:29
19:25
19:08
18:55
18:44
18:30
18:28
18:10
17:56
17:21
17:03
16:54
16:43
16:31
16:20
16:11
15:45
15:22
15:09
14:57
14:48
14:35
14:22
14:18
14:03
13:50
13:45
13:37
13:03
12:54
12:50
12:47
12:42
12:39
12:36
12:19
23:32
23:26
21:09
20:35
20:19
20:04
19:50
19:32
19:15
18:54
18:40
18:28
18:15
17:55
17:46
17:34
17:20
17:09
16:55
16:48
16:33
16:19
16:05
15:19
15:01
14:55
14:46
14:26
14:15
14:00
13:49
13:30
13:10
13:01
12:52
12:40
12:25
12:17
12:06
11:48
11:36
11:24
11:13
10:56
10:45
10:32
09:45