Tacikistanda zəlzələ baş verib


Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində səhər saatlarında 4 bal gücündə zəlzələ baş verib.


Bu barədə ölkənin Fövqəladə Hallar Komitəsi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 05:23-də qeydə alınıb. Onun episentri Düşənbədən 370 km cənub-şərqdə yerləşib.

Hadisə nəticəsində insan ölümü və dağıntı qeydə alınmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu