Tacikistanda güclü zəlzələ olub


Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Roştqala rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnoz Monitorinq Mərkəzindən məlumat verilib.

Bildirilir ki, güclü yeraltı təkanlar təxminən səhər saat 10-da (Bakı vaxtı ilə 9) baş verib, zəlzələnin episentri Xoroqdan təxminən 15 km cənubda 139 km dərinlikdə yerləşib.


Zəlzələnin fəsadları barədə hələ ki məlumat daxil olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu