Turizm və Menecment Universitetinə rektor təyin edildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İ.İ.Mədətovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi haqqında” sərəncam imzalayıb.
AFN xəbər verir ki, Sərəncama əsasən, İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilib.