Yaxın zamanlarda Azərbaycanla yeni müqavilənin imzalanmasını gözləyirik - Aİ səfiri


"Yeni müqavilənin imzalanması Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək".


AFN.az xəbər verir ki, bunu [justify]Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib.

“Yaxın zamanlarda Azərbaycanla yeni müqavilənin imzalanmasını gözləyirik. Bu, əməkdaşlığımızı möhkəmləndirməyə imkan verəcək”, - o vurğulayıb.

Diplomatın sözlərinə görə, Aİ və Azərbaycan arasında yeni müqavilə üzərində işlər aparılır və bu müfəssəl sənəd əməkdaşlıq üçün yeni qapılar açacaq.

Xatırladaq ki, daha əvvəl bu il Aİ və Azərbaycan arasında yeni müqavilənin imzalanacağı bildirilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu