Kim Çen In dünyanı yenə qorxuya saldı


Liderlər yeni il təbriklərində adətən xalqına sülh və rifah vəd edirlər, ancaq bu Şimali Koreya lideri Kim Çen Inə aid deyil.


AFN.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Şimali Koreya liderinin dünyanı hədələyən çıxışını dəyərləndirərkən deyib. Politoloq bildirib ki, Kim Çen In Yeni il təbrikində hərbi qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları - Vaşinqton və Seulu məhv edəcəyi ilə hədələyib: "O vurğulayıb ki, Pxenyan düşmənləri məhv etmək üçün bütün supergüclü silah arsenalından istifadə etməyə hazırdır. Kim Çen In deyib ki, 2024 müharibəyə hazırlığın gücləndirilməsi üçün zirvə ili olacaq. Kim Çen Inın diktator atası və ölkənin ilk lider babası Kim İr Sen belə nüvə müharibəsindən bu qədər danışmırdılar. Kim Çen Inın sözlərinin rəqiblərini qorxutmağa hesablandığını ehtimal etsək belə, Seul, Vaşinqton və Tokio təhlükənin miqyasının artdığı düşüncəsindədirlər. Şimali Koreya ötən il ərzində xeyli raket sınağı keçirib və bu raketlər bir çox ölkədə narahatlıq yaradıb. Kim Çen In raket sınaqlarını durdurana oxşamır. Onun özünü durdurmayana qədər raket sınaqları davam edəcək və beynəlxalq aləm “o nüvə silahını havaya qaldıracaq düyməyə basa bilərmi” sualından qurtulmayacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu