ABŞ Navalnının ölümünə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək


ABŞ administrasiyası rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümünə görə məsuliyyət daşıdığı Moskva administrasiyasına qarşı cümə günü yeni sanksiyalar elan edəcəyini açıqlayıb.



Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar müşaviri Con Kirbi onlayn mətbuat brifinqində Navalnının ölümü ilə bağlı hadisələri dəyərləndirib.

Kirbi Rusiyanın Navalnının ölümündə məsuliyyət daşıdığını bildirərək, "Putin və hökuməti Navalnının ölümündən məsuldur. Prezident Baydenin dediklərinə uyğun olaraq, cümə günü Rusiyaya əhatəli sanksiyalar paketini açıqlayacağıq." ifadələrini işlədib.

Sanksiya paketinin məzmununa yer verməyən Kirbi, bu paketlə həm Navalnının ölümünə, həm də Ukraynadakı hücumlarına görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıyacağını vurğulayıb.

Kirbi Rusiyanın Ukraynaya hücumlarının davam etdiyini və Kiyevə dəstək üçün yeni dəstək paketinin Konqresdən ən qısa zamanda qəbul edilməsini gözlədiklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu