Putin nüvə silahının kosmosa yerləşdirilməsinin əleyhinə olduqlarını bildirib


Rusiya prezidenti Vladimir Putin kosmosa nüvə silahının yerləşdirilməsinin əleyhinə olduqlarını ifadə edərək, “Biz həmişə nüvə silahının kosmosa yerləşdirilməsinin qəti əleyhinə olmuşuq və indi də buna qarşıyıq. Biz dəfələrlə təkcə bu sahədə mövcud olan bütün sazişlərə əməl etməyi deyil, həm də birgə işi gücləndirməyi təklif etmişik” qeyd edib.

Putin bunu paytaxt Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

Rus ordusunun Donetsk vilayətinin Avdiyivka şəhərini uğurla nəzarətə götürdüyünü bildirən Putin, “Bu uğurun daha da inkişaf etdirilməsi lazımdır. Lakin bu addımlar yaxşı hazırlanmalı və şəxsi heyət, silah, texnika və sursatla təmin edilməlidir” deyə qeyd edib.

Putin Krınki adlanan qəsəbənin də Rusiya ordusu tərəfindən nəzarətə alındığını bildirib.

Ukrayna ilə bağlı danışıqlardan imtina etmədiklərini vurğulayan Putin, “Biz hər zaman danışıqların tərəfdarı idik. Mən artıq neçə dəfə demişəm ki, biz dialoqu dayandırmırıq. London və Vaşinqtonun birbaşa göstərişi ilə dialoqu kəsən Ukrayna tərəfi olub” vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu