"Qazprom" Polşanın iki enerji şirkətini məhkəməyə verdi - 935 milyon dollar təzminat istəyir


Rusiyanın enerji şirkəti "Qazprom" Polşanın iki enerji şirkətini məhkəməyə verib və təxminən 935 milyon dollar təzminat tələb edib.



"Qazprom" iddiası əsasında Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsində Polşanın "Orlen" və "Europol GAZ SA" şirkətlərinə qarşı məhkəmə prosesi başlayıb.

İşin səbəblərinin təfərrüatları açıqlanmasa da "Qazprom" "Orlen" və "Europol GAZ SA"dan ümumilikdə 935 milyon dollar təzminat tələb edib.

"Qazprom" 2022-ci ildə rublla ödənişdən imtina etdiyi üçün Rusiya qazının Polşaya nəqlini dayandırmışdı.

Polşa hökuməti Yamal-Avropa boru kəmərinin operatoru olan "Europol GAZ SA"dakı “Qazprom”un payını da "Orlen" şirkətinə verib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu