Polşa konserni LNG müqaviləsini pozduğuna görə ABŞ təchizatçısını məhkəməyə verib


Polşanın ən böyük neft-qaz konserni "Orlen" Amerikanın "Venture Global" şirkətini mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə uzunmüddətli müqavilənin şərtlərinə əməl etmədiyinə görə məhkəməyə verib.



Bu barədə Bloomberg məlumat yayıb.

Şirkət iddia edir ki, amerikalı ixracatçı müqaviləni pozaraq qeyd olunan miqdarda yanacağı çatdırmayıb. O, əvvəllər Shell və BP şirkətləri tərəfindən məhkəməyə verilib.

"Venture Global" nümayəndələri investisiyalarla bağlı problemlərə görə tədarükləri təmin edə bilmədiklərini, 2024-cü ilin sonuna kimi uzunmüddətli müqavilələr əsasında qaz tədarükünə başlayacaqlarına söz veriblər.

"Orlen" də öz növbəsində müqavilə şərtlərinin yerinə yetirilməsinə dərhal başlanılmasını tələb edib. Konserni spot bazarda əməliyyatlar vasitəsilə LNG-nin çatışmayan həcmlərini kompensasiya etmək məcburiyyətində qalıb, nəticədə o, Amerika tədarükçüsü ilə müqavilələrdə nəzərdə tutulandan iki dəfə çox pul xərcləyib.

Polşa şirkəti itkilərə görə kompensasiya tələb edəcəyini qeyd edib. Məhkəmənin bir ildən iki ilədək davam edəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu