Devid Kemeron: İsrailə dəstəyimiz qeyd-şərtsiz deyil


İngiltərə Xarici İşlər Naziri Devid Kemeron ölkəsinin İsrailin özünü müdafiə haqqına verdiyi dəstəyə işarə edərək, "Əlbəttə, bu dəstək qeyd-şərtsiz deyil. Biz uğurlu bir demokratiyanın beynəlxalq humanitar hüquqa uyğun olmasını gözləyirik" deyə qeyd edib.



Kemeron "The Sunday Times" üçün yazdığı məqalədə İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana keçən 6 ayı dəyərləndirib.

Beynəlxalq yardım təşkilatı World Central Kitchen (WCK) işçilərinə hücuma toxunan Kemeron 3 Britaniya vətəndaşının da həyatını itirdiyini xatırladıb.

İsrailin səhvini qəbul edərək məsuliyyəti öz üzərinə götürdüyünə diqqət çəkən Kemeron bunun bir daha təkrarlanmaması lazım olduğunu bildirib.

Yeni yardım dəhlizlərinin açılacağı və daha çox sərhəd qapısından yardıma icazə veriləcəyi xəbərinin sevindirici olduğunu vurğulayan Kemeron, "Sözləri əmələ çevirmək lazımdır, çünki əks halda kütləvi aclıq nəzərə alınması lazım olan pis bir ehtimaldır" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu