İran Fransa, Böyük Britaniya və Almaniya səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb


İran Fransa, İngiltərə və Almaniyanın Tehrandakı səfirlərini İsrailin İrana qarşı təşəbbüslərinə münasibət bildirərək Xarici İşlər Nazirliyinə çağırıb.


İran Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi açıqlamada İngiltərə səfiri Simon Şerkliff, Fransa səfiri Nikola Reş və Almaniya səfiri Hans Udo Muzelin ayrı-ayrılıqda çağırıldığı bildirilib.

Səfirlərə İsrailin İrana qarşı münasibəti və onun Suriyadakı konsulluğuna hücumu xatırladılıb və onların ölkəsinin İsrailin bu təşəbbüslərinə məsuliyyətsiz mövqe tutduqları bildirilib.

Qeyd olunub ki, İranın dünən İsrailə hücumu Birləşmiş Millətlər Təşkilatının qaydaları çərçivəsində özünümüdafiə məqsədilə həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu