Nikol Paşinyanın Brüssel görüşü biabırçı uğursuzluq idi - erməni siyasətçi


Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşü biabırçı uğursuzluqla nəticələndi.


Bunu aprelin 15-də Milli Assambleyada keçirilən ənənəvi brifinqdə “Ermənistan” müxalifət blokundan olan deputat Artur Xaçatryan deyib.

“Hökumət başçısı və dörd yüksək rütbəli məmur bir araya gəlmir və ABŞ-ın verdiyi ildə təxminən 15 milyon dollar və Aİ-nin ildə 70 milyon avrodan az vəsaiti müzakirə etmir. Üç il əvvəl 2,6 milyard avro təklif edilmişdi. Siyasi bəyanat da çox önəmlidir. Xatırlayın, hakimiyyət əvvəllər Ermənistanın Avropaya istədiyi qədər yaxın olmağa hazır olduğunu bəyan etmişdi və Avropa SEPA (Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi) elan etmişdi”, - deyə Xaçatryan qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu